Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

BSU Məktəb-lisey kompleksinin müəllimi beynəlxalq müsabiqədə fərqləndi

 

BSU Məktəb-lisey kompleksinin rus dili və ədəbiyyat müəllimi, klassik rus ədəbiyyatı kafedrasının dosenti, "Ən yaxşı müəllim" (2009) müsabiqəsinin qalibi  Carçıyeva İlahə Maksim qızı I (distant) turun qalibi kimi 15-19 noyabr tarixlərində Moskvada "2011-2015-ci illərdə rus dilinin inkişafı Federal proqram" çərçivəsində keçirilən "Xarıci ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi" Beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil etmişdir. MDB və Baltikyanı ölkələrin təcrübəli, səriştəli və yaradıcı rus dili və ədəbiyyat müəllimlərinin qatıldığı bu tədbirdə İ.Carçıyeva maraqlı ev tapşırıqları, ölkəmizin təlim rus dilində olan orta məktəblərində tədrisin vəziyyətini və eləcə də rus dilinin xarici dil kimi tədrisinin problemlərini, bu fənlər üzrə Milli Kurikulumun tətbiqini, yeni dərsliklərin yaradılması  prosesini əks etdirən maraqlı təqdimatla çıxış etmişdir.  Müəllimlər bir sıra nominasiyalar üzrə yarışmışlar. Rusiyanın nüfuzlu alimlərinin daxil olduğu ekspertlər heyəti azərbaycanlı metodist-müəllimin filoloji və professional hazırlığını da yüksək qiymətləndirmişlər.

İlahə Carçıyeva "Xaricdə rus dilinin zənginliyinin qorunması" nominasiyasının qalibi diplomu və "Xarici ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi" Qızıl döş nişanı ilə mükafatlandırılmışdır.

Tədbir "Rossotrudniçestvo" təşkilatı tərəfindən həyata keçirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov