Xaricdə Təhsil alan və Məzun olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq Forumunun (ASAIF) nümayəndələri
Azərbaycan Turizm İnstitutunda (ATİ) olublar.
Tələbələrlə keçirilən görüşdəki çıxışında forumun sədri
Ramin Həkimov qurumun yarandığı gündən indiyədək
ölkəmizin daxilində və xaricində həyata keçirdiyi
irimiqyaslı tədbirlərdən, bu tədbirlərin xaricdə təhsil
alan gənclərimiz üçün mühüm əhəmiyyət kəsb etməsindən
bəhs edib.
Sonra ASAIF haqqında videoçarx nümayiş etdirilib.
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil
alan forumun digər üzvləri də öz təcrübələrini bölüşərək
tələbələrə bununla bağlı ətraflı məlumat veriblər.
Görüşdə, həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramı
çərçivəsində əldə edilmiş nailiyyətlərdən, proqramın
obyektiv həyata keçirilməsindən, builki nəticələrdən
söhbət açılıb, daha sonra gənclərin verdiyi suallar
cavablandırılıb. |