Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Görkəmli sənətkarın xatirəsi anılıb

 

Noyabrın 22-də Bakıdakı N.Tusi adına 173 nömrəli tam orta məktəbdə təhsil ocağının məzunu, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli unudulmaz aktyorumuz Yaşar Nirinin anım gecəsi keçirilib.

Gecəni məktəbin direktoru Atikə Həsənova açdıqdan sonra müqtədir sənətkarın  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yaşar Nurinin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Tədbirdə Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə xanım və qızları Ülkər, Ülviyyə də iştirak ediblər.

Gecədə şagirdlər mərhum sənətkar Yaşar Nurinin oynadığı tamaşalardan parçalar ifa ediblər və  xalq artistinin məktəbdə keçirilmiş 50 illik yubileyindən kadrlar nümayiş etdirilib.

Məktəbdə Yaşar Nurinin anım günü ilə bağlı stend hazırlanıb.

Tədbirin sonunda Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım məktəb kollektivinə bu tədbirə görə dərin təşəkkürünü bildirib. İstedadlı aktyorun tamaşalarından hazırlanmış disk dəsti və yenicə nəşrdən çıxmış xatirə kitabı məktəbə hədiyyə olunub. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov