Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Simuzər FƏRƏCZADƏ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik  Akademiyasının tələbəsi  

1996-cı ildə Naxçıvan  MR Şərur rayonunun Siyaqut kəndində anadan olub. 2013-cü ildə Bakıdakı 276  nömrəli tam orta məktəbi  bitirib.  Azərbaycan dili və  kimya fənləri üzrə  respublika fənn olimpiadalarında   fəal  iştirak edib. Ali məktəblərə qəbul imtahanında 665 bal toplayaraq DİA-nın siyasi idarəetmə fakültəsinə  qəbul olub. 

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyünə görə qürur hissi keçirir.  Gənclərə göstərdiyi diqqət  və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirir.

 

 

 


Nicat ELDAROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  tələbəsi    

1996-cı ildə Quba şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı Texniki-Humanitar Liseyi  bitirib. Ali məktəblərə qəbul imtahanında 675 bal toplayaraq DİA-nın siyasi idarəetmə fakültəsinə daxil olub. Riyaziyyat fənnindən  keçirilən olimpiadalarda  fəal iştirak edib.

ANS kanalında yayımlanan "Ağıl dəryası" yarışmasının qalibi olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə dövlətimizin başçısına  ailə üzvləri  adından minnətdarlıq edir.

 

 

 


Toğrul QULİYEV,

Qafqaz Universitetinin tələbəsi 

1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt  şəhərindəki  "İstedad" liseyini bitirib. Məktəb illərində  liseyin ictimai işlərində fəal iştirak edib. Bu il ali məktəblərə qəbul imtahanında II qrup üzrə 670 bal toplayaraq  Qafqaz Universitetinin mühasibat uçotu və auditi ixtisasına  daxil olub.

Prezident təqaüdünə    layiq görülməsi onda yüksək  əhvali-ruhiyyə yaradıb. Qazandığı uğurlara görə   sevimli müəllimlərinə minnətdardır. 

Arzusu universiteti əla qiymətlərlə bitirdikdən sonra   peşəkar  audit olmaqdır.

 

 


 Mahmud ALLAHVERDİYEV,

Qafqaz Universitetinin tələbəsi

1996-cı ildə Qax rayonunda  anadan olub. 2013-cü ildə rayondakı 1 nömrəli  tam orta məktəbi bitirib.  Riyaziyyatdan respublika üzrə keçirilən fənn olimpiadasında IV yeri qazanıb.  Qafqaz Universitetinin kompüter mühəndisliyi ( ingiliscə) fakültəsinə 690 balla qəbul olub. Təhsildə daha böyük uğur qazanmaq üçün   səylə çalışır.

Xaricdə təhsilini davam etdirmək isə  onun ən böyük arzusudur.

Tələbələr üçün  Prezident  təqaüdünün təsis olunmasına görə gənclər adından  Azərbaycan Prezidentinə  minnətdarlıq edir.

 

 


Məmməd CƏBRAYILOV, 

Bakı Ali  Neft Məktəbinin  tələbəsi 

1996-cı ildə Bakı  şəhərində  anadan olub.  2013-cü ildə Bakıdakı 288 nömrəli tam orta məktəbi bitirib. Ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin  proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə  qəbul olub. İlk gündən təhsil aldığı  ali məktəbin ictimai həyatında fəal iştirak edir.

Bu gün qazandığı nailiyyətlərə görə orta  məktəbin  müəllimlərinə və  rəhbərliyinə  minnətdarlıq edir.  

 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov