Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Azərbaycan Diplomatik Akademiyasında yeni mərkəz fəaliyyətə başlayacaq

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalamışdır. Bu barədə AzərTAc-a ADA-nın mətbuat xidmətindən məlumat verilmişdir.

Müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcəkdir. Magistratura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.

Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcəkdir.

Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura proqramının tərkibində həyata keçiriləcəkdir. Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın diplomatiya və beynəlxalq münasibətlər ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov