Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda "dəyirmi masa" keçirilib

 

Noyabrın 30-da Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, təhsil mütəxəssisləri,  elm adamları, məktəb direktorları, müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa" iştirakçıları Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb.

Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov