Respublika Texniki Yaradıcılıq Mərkəzində məşğul olan
dərnək üzvlərinin əl işlərinə həsr olunmuş respublika
baxış müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş
şöbəsinin aparıcı məsləhətçisi Təranə Aslanova, texniki
yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri, Təhsil Alan
Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru
Məhəmməd Novruzov, Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin rəhbəri Alik Məmmədov və
qaliblər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qorxmaz
Əliyev qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd
burada məşğul olan məktəblilərin yaradıcılıq
potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi
üçün stimulların yaradılması və respublikada fəaliyyət
göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnəklərinə
cəlb olunmuş məktəblilər arasında təcrübə mübadiləsinin
təşkili olmuşdur. Müsabiqə iki mərhələdə və 4 nominasiya
üzrə keçirilib. Müsabiqədə 37 rayon, şəhər texniki
mərkəzlərinin üzvləri iştirak ediblər və respublika
mərhələsinə 237 iş təqdim olunub. Respublika
mərhələsində hər nominasiya üzrə müsabiqədə iştirak
etmiş məktəblilərin yaş qrupları nəzərə alınmaqla I, II
və III yerləri tutmuş qaliblər müəyyənləşdirilib.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Təranə
Aslanova müsabiqədə yer tutan qalibləri təbrik edərək
onlara uğurlar arzulayıb.
Sonda qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |