Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

 Azərbaycanın və Çinin idarəçilik akademiyaları arasında əməkdaşlığa dair Memorandum imzalanıb

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

AzərTAc xəbər verir ki, dekabrın 9-da Çin İdarəçilik Akademiyasının katibi Çen Baoshen ilə keçirilmiş görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər bu istiqamətdə qarşılıqlı səfərlərin rolunu vurğulamış, təcrübə, elmi-tədqiqat nəşrlərinin və hesabatların mübadiləsinin, habelə hər iki ölkədə təşkil edilən elmi konfranslarda qarşılıqlı iştirakın təmin olunmasının əhəmiyyətini qeyd etmişlər.

Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Çin İdarəçilik Akademiyası arasında mübadilə və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Çinin dövlət qurumlarının təmsilçiləri və Çin İdarəçilik Akademiyasının dinləyiciləri üçün "Davamlı inkişaf və ekoloji sivilizasiyanın planlaşdırılması və idarə edilməsi: Azərbaycan təcrübəsi" mövzusunda mühazirə oxumuş, sualları cavablandırmışdır.

Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın 10 illik inkişafına həsr edilmiş "Desyat let, izmenivşiye Azerbaydjan: 2003-2013" kitabının nüsxələrini və digər nəşrləri Çin İdarəçilik Akademiyasının kitabxanasına hədiyyə etmişdir.

Dekabrın 13-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şanxay İdarəçilik Məktəbində görüşləri və mühazirələri nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov