Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Azərbaycan Diplomatik Akademiyasında müsabiqənin final mərhələsi keçirilib

 

Böyütmək üçün şəkili seçin ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil etmişdir.

Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Aynurə Piriyeva AzərTAc-a müsahibəsində demişdir ki, müsabiqə 2002-ci ildən həyata keçirilir. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan "MBA Enterprise Corps" təşkilatının könüllüləri bu layihənin əsasını qoymuşlar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq vərdişlərin aşılanmasında və tələbələrə biznes idarəçiliyinin öyrədilməsində əvəzsiz rol oynayır.

Müsabiqədə iştirak etmək üçün 16 universiteti təmsil edən 84 komanda ərizə vermişdir. Onlardan yalnız 18-i final mərhələsinə çıxmağa nail olmuşdur.

Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçmiş, final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak etmişlər.

Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim etmişlər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış etmişlər.

Müsabiqənin sonunda qalib komandaya mükafat təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov