Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

"Məşğulluq və peşə təhsili sahəsində ehtiyaclar və imkanlar" mövzusunda forum

 

 Dekabrın 6-da "Gəncəli Plaza" otelində "Məşğulluq və peşə təhsili sahəsində ehtiyaclar və imkanlar" mövzusunda məşğulluq forumu keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində görülmüş işləri müzakirə etmək və perspektiv fəaliyyət imkanlarını müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, hökumətlərarası razılaşmaya uyğun olaraq, Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin 2008-ci ildən etibarən reallaşdırdığı proqram Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılmasına və icrasının yaxşılaşdırılmasına xidmət edir. Dörd komponentdən ibarət olan bu proqramın bir komponenti Azərbaycanda ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsinə dair tədbirlər planının həyata keçirilməsini nəzərdə tutur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov