Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Azərbaycan Texniki Universitetində "TEMPUS" proqramına həsr olunmuş seminar

 

Azərbaycan Texniki Universitetində (AzTU) "TEMPUS" proqramına həsr olunmuş seminar keçirilmişdir.

AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarı universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı açaraq "TEMPUS" proqramı çərçivəsində hazırlanan ixtisaslarda qiymətləndirmə və akkreditasiya məsələlərinin əhəmiyyətindən danışmışdır.

Tədbirdə universitetin metallurgiya və metalşünaslıq kafedrasının müdiri, professor Sübhan Namazov Almaniyanın Köln Texniki Elmlər Universitetində bu məsələ ilə bağlı həyata keçirilən qiymətləndirmə və akkreditasiya qaydaları ilə seminar iştirakçılarını tanış etmişdir.

Seminarda, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının, Sumqayıt Dövlət Universitetinin təmsilçiləri həmin ali məktəblərdə "TEMPUS" proqramı çərçivəsində təhsilin qiymətləndirmə və akkreditasiya qaydaları ilə bağlı görülən işlər barədə məlumat vermişlər.

Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssisi İlham Hümbətov və həmin nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin böyük məsləhətçisi Könül Fətiyeva müzakirə olunan məsələyə öz münasibətlərini bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov