Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Fələstin dövlətinin Azərbaycandakı səfiri Qərb Universitetində olub

 

Dekabrın 19-da Qərb Universitetində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser Abdel Kareemlə görüş keçirilib.  Tədbiri giriş sözü ilə Qərb Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru Fikrət Sadıqov açaraq  səfir Nasser Abdel Kareemi universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Qərb Universitetində  dünya şöhrətli şəxslər qonaq olmuş və mühazirələr demişlər.  Həmçinin Azərbaycanın və bir sıra xarici ölkələrin professor və müəllimləri universitetimizin fəxri  professoru adına layiq görülüblər. Bu kimi  maraqlı görüşlər gənclərin vətəndaş kimi formalaşmasına, dünyada və cəmiyyətimizdə mövcud ictimai-siyasi mühitin təhlil edilməsinə, Azərbaycan həqiqətləri barədə dolğun məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına şərait yaradır.

Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser Abdel Kareem   universitetdəki  bu görüşünü yüksək qiymətləndirərək Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlar əldə  etdiyini nəzərə çatdırıb. Sonra  Fələstin münaqişəsinin qısa tarixi və İsraillə sülhün perspektivləri haqqında fikirlərini söyləyib, universitetin professor-müəllim heyəti və tələbələri qarşısında münaqişənin həlli yollarına aid  ətraflı çıxış edib.

 Sonda  səfir Nasser Abdel Kareem müəllim və tələbələri maraqlandıran  sualları  cavablandırıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov