Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Təhsil Problemləri İnstitutunda elmi şuranın iclası keçirilib

 

Böyütmək üçün şəkili seçinDekabrın 17-də Təhsil Problemləri İnstitutu elmi şurasının iclası olmuşdur. İnstitutun direktoru Qulu Novruzov Azərbaycan Respublikası  təhsil nazirinin  institutun elmi şurasının  tərkibindəki dəyişikliklər barədə  əmri ilə elmi şura üzvlərini tanış etmiş və onlara uğurlar arzulamışdır. Sonra Q.Novruzov elmi şuranın gündəliyində dayanan bir məsələ - Azərbaycan Respublikası Prezidentinin  24 oktyabr 2013-cü il tarixli  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında" sərəncamı və institutun qarşısında duran vəzifələr barədə çıxış etmişdir. Bildirilmişdir ki, ölkəmizdə həyata keçirilən islahatlar onun bütün sahələrində  inkişafın sürətləndirilməsi, Avropaya inteqrasiya olunması, eləcə də dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəldilməsi istiqamətinə yönəlmişdir.

Bu gün təhsil sahəsində görülən işlər ölkənin sosial, iqtisadi həyatında baş vermiş  böyük  dəyişikliklərin  uğurlu nəticələri kimi  davam etdirilməklə  XXI  əsrin möhtəşəm çağırışları qarşısında özünün növbəti mərhələsini gözləyir. "Azərbaycan  Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu baxımdan vaxtında qəbul edilmiş  dövlət sənədi kimi xüsusi əhəmiyyət daşıyır. Orada təhsil sahəsində görülmüş işlərə  qiymət verilməklə  müəyyən olunmuş dövr üçün qarşıda duran vəzifələrdən, konkret olaraq həyata keçirilən tədbirlərdən  danışılır.

Natiq bildirmişdir ki, Dövlət Strategiyası dünya ölkələri sırasında  aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan  infrastruktura malik təhsil sisteminin yaradılması  məqsədi ilə beş strateji istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Onlardan birincisi, səriştələrə əsaslanan  nəticəyönlü məzmunun yaradılması, ikincisi, yeni məzmunun səmərəli mənimsənilməsini təmin edəcək yüksək nüfuzlu  təhsilverənlərin formalaşdırılması, üçüncüsü, yeni idarəetmə sisteminin formalaşdırılması, dördüncüsü, müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən  təhsil infrastrukturunun yaradılması, nəhayət, yeni maliyyələşdirmə mexanizminin yaradılması.

Natiq hər bir strateji istiqamət üzrə hədəflərdən, nəzərdə tutulmuş müvafiq tədbirlərdən bəhs etmişdir. Eyni zamanda bu məsələlər baxımından Təhsil Problemləri İnstitutunun  üzərinə düşən vəzifələri şərh etmişdir. Təhsilin yeni məzmunu, strategiyaları, qiymətləndirmə sistemi, idarəetmə mexanizmləri ilə bağlı nəzəri və tətbiqi xarakterli elmi-pedaqoji araşdırmaların aparılmasını, yeni təhsil sisteminin formalaşdırılmasında, onun elmi-nəzəri əsaslarının öyrənilməsində institutun müvafiq strukturlarının  üzərinə ciddi vəzifələrin düşdüyünü xüsusi olaraq vurğulanmışdır.  Strateji hədəflər baxımından  yeni vəzifələrin həyata  keçirilməsi üçün  institutda struktur dəyişikliklərinin aparılmasına,  onun kadr potensialının möhkəmləndirilməsi və inkişaf etdirilməsinə  ehtiyac olduğu bildirilmişdir.

Daha sonra  institutun ayrı-ayrı mərkəzlərinin illik hesabatları dinlənilmiş, elmi müxbirliyə qəbul olunmaq üçün  müraciətlərə baxılmışdır. Tamamlanmış iki doktorluq dissertasiyasının müdafiəyə buraxılması barədə qərar qəbul olunmuş, elmi əməkdaşların müvafiq vəzifələrə seçilməsi ilə bağlı  məsələlər müzakirə edilmişdir. 

İlham CAVADOV,
Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin koordinatoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov