Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

"Qəhrəmanlar unudulmur"

 

Böyütmək üçün şəkili seçinDekabrın 18-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" mövzusunda ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, qonaqlar iştirak edirdilər. Öncə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə gətirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmməd Qənbərov Azərbaycanın bütövlüyü və azadlığı uğrunda canından keçən Milli Qəhrəmanların daim ürəklərdə yaşadığını və qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla anıldıqlarını nəzərə çatdırdı. Direktor təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi və belə tədbirlərin ənənəvi hal aldığını bildirdi. Məktəbin şagirdlərindən 9 nəfərinin Qarabağ müharibəsində şəhid olduğunu və onlardan bir nəfərinin- Fəxrəddin Nəcəfovun isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan müstəqil Azərbaycanın güclü ordusu var və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğu daim diqqət mərkəzində saxlanılır, hərbi potensial gücləndirilir. Son vaxtlar keçirilən  hərbi paradlar Azərbaycan ordusunun güclü bir ordu olduğunu bir daha sübut etdi.  İşğal olunmuş torpaqlarımızın azad olunacağına əminliyini bildirən direktor şagirdlərə vətənpərvər olmağı və dövlətimizin rifahı naminə yüksək bilik və bacarıqlara yiyələnməyi tövsiyə etdi.

Tədbirdə çıxış edən Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndəsi Elgiz Paniyev, 19 nömrəli məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Qarabağ müharibəsi veteranı Cabir Kərbəliyev bildirdilər ki, vətənimizin igid  övladları Azərbaycanın  müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar heç vaxt ölmürlər, onlar həmişə ürəklərdə yaşayırlar.

Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov