Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Tələbələrə hüquq elmi ilə bağlı dərsliklər hədiyyə olunub

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə hüquq elmi ilə bağlı 14 adda dərsliklər hədiyyə edilib. Bununla bağlı dekabrın 25-də Azərbaycan Hüquqşünasları Konfederasiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Dövlət İdarəçilik Akademiyasında təşkil olunan tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əhməd Cəlil Sahibzadə çıxış ediblər.

Bildirilib ki, kitablar Azərbaycan Hüquqşünasları Konfederasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunub. Bütün dərsliklərdə "YARAT!" Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer alıb.

Akademiyanın rektoru Urxan Ələkbərov bu təşəbbüsü irəli sürənlərə minnətdarlığını bildirərək hədiyyə edilən kitabların tələbələr üçün çox faydalı olacağını qeyd edib.

Hüquq elminə dair kitabların vacibliyindən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli hədiyyə edilən bu dərsliklərin və dərs vəsaitlərinin beynəlxalq iqtisadiyyat və hüquqi münasibətlər kontekstində Azərbaycanın milli qanunvericiliyini özündə əks etdirdiyini vurğulayıb. O, kitabların tələbələrdə böyük maraq doğuracağına əminliyini bildirib.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov