Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb

 

Böyütmək üçün şəkili seçinDekabrın 25-də təhsil naziri Mikayıl Cabbarov kimya, riyaziyyat və rus dili üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.

Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qaliblərini əldə etdikləri uğurlara görə təbrik edib. Nazir onların gələcəkdə daha böyük uğurlara nail olacağına və yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Olimpiada qaliblərinin belə möhtəşəm nailiyyət əldə etməsində təhsil aldıqları məktəblərin və müəllimlərin mühüm rolunu qeyd edən nazir, xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Beynəlxalq olimpiadaların qalibləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, təhsil aldıqları məktəblər və müəllimləri haqqında məlumat veriblər. Onlar beynəlxalq bilik yarışmalarında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdən qürur hissi keçirdiklərini söyləyiblər.

Görüşün sonunda beynəlxalq fənn olimpiadalarının qaliblərinə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov