Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

2013-cü ildə Azərbaycanda və dünyada İKT sahəsində hansı yeniliklər baş verdi?

 

Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki 8 fevral 2013-cü ildə orbitə buraxılıb.

Martın 15-dən peykin idarə edilməsi bütünlüklə yerli mütəxəssislərə verilib.  2013-cü ilin mayından "Azerspace-1"in resurslarının istifadəsinə başlanılıb. Əsas məqsəd yerli radio və televiziya kanallarının yayımını peyk vasitəsilə təmin etməkdir. Bununla bağlı bütün  texnoloji işlər də başa çatdırılıb. 


"Apple" şirkəti yeni nəsil "iPhone" smartfonlarını təqdim edib

Amerikanın "Apple" şirkəti sentyabrın 10-da  yeni nəsil "iPhone" smartfonlarını  təqdim edib.  Şirkət eyni zamanda qurğunun iki versiyasını (əsas və büdcəyə uyğun) təqdim edə bilib.  Mütəxəssislər bildiriblər ki,  "Apple" artıq yalnız bahalı smartfonların istehsalı ilə məşğul olmayacaq. "iPhone" smartfonunun büdcəyə uyğun versiyasının korpusu alüminium deyil,  plastik materialdan hazırlanıb  və müxtəlif  rəngli  panelləri var.


"Intel" şirkəti dünyanın ən sürətli fləş-kartını hazırlayıb

"Intel" şirkəti  dünyada ən sürətli fləş-kartı nümayiş etdirib. Şirkət "Thunderbolt" texnologiyasından istifadə etməklə digər USB fləşlərdən fərqli olaraq  məlumatların ötürülmə sürətində əsl sıçrayışa nail ola bilib.  Intel "Computex" sərgisində kompüterə "Thunderbolt" portu vasitəsilə birbaşa qoşulan 128 Qb həcmli fləş-diskin prototipini təqdim edib. Yeni daşıyıcı ölçüsünə görə ənənəvi USB fləş-disklərini xatırladır. Bu fləş-kart "Thunderbolt" interfeysindən istifadə əsasında hazırlanan ilk fləş-disklərdən biridir.


"Microsoft"un yeni proqramları

"Microsoft" şirkəti "Surface" internet-planşetləri üçün yeni proqramlar dəsti təqdim edib. Yeni proqramlar "Touch Cover" və "Typer Cover" versiyalarının məhsuldarlığını artırmaqla   kameraların işini yaxşılaşdırıb.  Bundan başqa, yeni dəst yenilənmiş "Wi-Fi" və "Bluetooth" drayverlərinə malikdir. Burada eyni zamanda sistemin ümumi stabilliyi artırılıb və akkumulyatorun qüvvə ehtiyatı azaldılıb.


"Google" şirkəti Chrome 27 proqramını istifadəyə verib

"Google" şirkəti Windows, Mac və Linux əməliyyat sistemlərinin Chrome brauzerinin yeni versiyasını istifadəyə verib.  Əvvəlki versiya ilə müqayisədə Chrome 27-nin sürəti təxminən 5% artıb, həmçinin bir sıra çatışmazlıqlar aradan qaldırılıb.  Brauzerin daha ləng işləyən məqamlarında - sənədlərin çapa verilməsi və videoların emalı zamanı özünü göstərir.  Həmçinin Chrome 27-də veb-proqramlara istifadəçi məlumatlarını Google Drive-də saxlanılan məlumatlar ilə sinxronlaşdırmağa imkan verən API chrome.syncfilesystem sistemi yenilənib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov