Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Uşaqları qış xəstəliklərindən necə qoruyaq?

 

Bağça və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq üçün maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir.

Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Səhv qidalanma uşaqlarda immunitetin zəifləməsinə səbəb olur. Uzun müddət ac qalanlarda isə müxtəlif qış xəstəlikləri yaranır. Ona görə düzgün qidalanmaq və istəyə uyğun mövsümi tərəvəzlərdən istifadə etmək lazımdır. Xüsusi qeyd etmək lazımdır ki, qış mövsümündə azyaşlı körpələr də xəstələnir. Bu baxımdan onlara tərkibi rəngləndiricilərdən ibarət olmayan üzvi körpə qidaları verilməlidir. Bura xəstəliklər haqqında məlumatlandırma, əl yuma və tualet vərdişləri, şəxsi gigiyena və s. aiddir.

Qış xəstəlikləri olduqda uşaqları məktəb və bağçaya göndərməməli, müəllimlərə məlumat verilməlidir. Müəllimlər də uşaqlarda olan yoluxucu qış xəstəliklərini gördükdə ailəni dərhal məlumatlandırmalıdır. Kiçik uşaqlar arasında yoluxucu xəstəliklər haqqında ciddi maarifləndirmə aparılsa daha yaxşı olar. Beləliklə, onlar xəstəliklərdən uzaq olar. Əllərin yuyulması, şəxsi gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə apardıqda primitiv görünən fəaliyyətlər yaddan çıxmamalıdır. Məsələn, uşaqların bəziləri öskürərkən və ya asqırarkən sadə prosedurlara fikir verməzlər. Onlara xəstəliklərdən qorunmaq üçün havada çoxlu olmamağı və ağzı açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda uşaqlarda salfetlərdən istifadəyə və əlləri yumağa fikir verin. Əllər xüsusi maye sabunlarla və bol suyla yuyulmalıdır. Tualet vərdişləri öyrədilərkən şəxsi gigiyenaya və təmizliyə fikir verilməlidir.

Qış xəstəlikləri zamanı lazım olan peyvəndlər vurulmalıdr. Bu peyvəndlər immunitetə təsir göstərərək uşaqları yoluxucu xəstəliklərdən qoruyur. 

Tibb portalı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov