Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Raya MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
 

1994-cü ildə  Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı  F.Tağıyev adına məktəb-liseyi bitirib. Orta məktəbdə oxuduğu müddətdə məktəbin ictimai işlərində fəal iştirak edib, çoxsaylı viktorina və olimpiadalarda uğurlar qazanıb.

Bu il  ali məktəblərə  keçirilən  qəbul imtahanında 667 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  inzibati idarəetmə fakültəsinə   daxil olub.

Arzusu  ixtisası üzrə Azərbaycanda tanınmış bir mütəxəssis olmaqdır. 

 


Rəfiqə RÜSTƏMOVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi
 

1996-cı ildə  Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı  289 nömrəli "Zəngi" liseyini  əla qiymətlərlə bitirib.

Orta məktəbdə oxuduğu   illərdə olimpiadalarda fəal iştirak edib.

Ali məktəblərə keçirilən qəbul imtahanında topladığı 695 balla Azərbaycan Tibb  Universitetinin müalicə-profilaktika fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

Arzusu Azərbaycanda  tanınmış, savadlı bir həkim olmaqdır.


Günay QƏDİROVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
 

1996-cı ildə Bakı şəhərində  anadan olub.  2013-cü ildə Bakıdakı 275 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu vaxtlarda dərslərini  yaxşı oxumaqla yanaşı, ictimai işlərdə nümunəvi şagird olub.

Bu il ali məktəblərə keçirilən qəbul imtahanında 667 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə  orta məktəb müəllimlərinə  minnətdarlıq edir. Hazırda qış semestr imtahanlarını  əla qiymətlərlə vermək üçün  səylə çalışır.


Cavid  RZAYEV,
Qafqaz Universitetinin tələbəsi
 

1996-cı ildə Sumqayıt şəhərində anadan  olub.   2013-cü ildə Sumqayıt şəhərindəki T.İsmayılov adına 29 nömrəli tam orta məktəbi bitirib.    Orta məktəbdə oxuduğu  illərdə fənn olimpiadalarının iştirakçısı olub.

Ali məktəblərə keçirilən qəbul  imtahanında 675 bal toplayaraq Qafqaz Universitetinin sənayenin təşkili və idarəolunması fakültəsinə qəbul olub. Prezident təqaüdünə layiq görüldüyünə görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

Məqsədi  ali məktəbi fərqlənmə diplomu ilə bitirməkdir.


Murad AĞAKİŞİYEV,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1996-cı ildə  Göyçay  şəhərində anadan olub. 2013-cü ildə Bakı Özəl Türk Liseyini bitirib. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin "Mədəd" təşkilatı ilə birgə təşkil etdiyi  İntel İSEF  "Sabahın alimləri" II Respublika müsabiqəsində "Mühəndislik" nominasiyası üzrə  III yerə layiq görülüb. Bu il  ali məktəblərə keçirilən qəbul imtahanında 690 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görüldüyünə görə sevinc hissi keçirir.     

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov