Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Milli həmrəyliyimiz milli qürurumuzdur

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 176-cı məşğələsi keçirildi. "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  kollektivi təbrik etdi, bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ümummilli liderin misilsiz xidmətlərindən bəhs etdi. Qeyd olundu ki, 2013-cü il Azərbaycan xalqı üçün uğurlu olmuşdur. Ən əsası isə prezident seçkilərində Heydər Əliyev ideyalarının, siyasi kursunun layiqli davamçısı İlham Əliyev qələbə çalmışdır.  Rektor 46 il ərzində zəngin inkişaf yolu keçmiş universitetin beynəlxalq əlaqələrin inkişafı, beynəlxalq müəllim və tələbə mübadiləsi proqramlarına qoşulmaq,  müasir informasiya-kommunikasiya vasitələrinin tədrisdə tətbiqi və digər sahələrdə ötən il qazandığı uğurlardan bəhs etdi.  

Fəlsəfə və sosial iş  kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov mövzu ilə bağlı məruzə edərək  XX əsrin sonlarında azərbaycançılıq və milli həmrəylik ideyalarının geniş vüsət aldığını vurğuladı. Bildirildi ki, 1989-cu ildə Naxçıvandan başlayan sərhəd hərəkatı ilə milli birlik uğrunda mübarizənin təməli qoyulmuş, 1989-cu ilin dekabrında baş vermiş tarixi hadisələrə məhz ilk dəfə Heydər Əliyev siyasi qiymət vermiş, Naxçıvan MR Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalamışdır. Məruzədə Heydər Əliyevin Azərbaycan diasporunun formalaşması uğrunda məqsədyönlü siyasətindən, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsindəki rolundan, bu tarixi missiyanın bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilməsindən bəhs olundu.

Məşğələdə mövzu ilə bağlı slayd nümayiş olundu.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov