Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Bakı Dövlət Universitetində görüş

 

Yanvarın 14-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Böyük Millət Məclisi Aparat rəhbərinin müavini Haydar Çiftçi, TÜRKPA baş katibinin müavini, Türkiyə parlamentinin nümayəndəsi Kürşad Melih Sarıarslan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirçi ilə görüşüb. Rektor Abel Məhərrəmov ölkələrarası qardaşlıq, dostluq münasibətlərindən, bütün sahələrdə uğurlu əməkdaşlıqdan, həyata keçirilən layihələrdən danışıb. Rektor BDU haqqında qonaqlara ətraflı məlumat verib, ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetlərilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə atılan addımları yüksək dəyərləndirib.

Qonaqlar ölkəmizə səfər etmələrindən, o cümlədən Azərbaycanın qocaman ali təhsil ocağı BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Universitetlərarası əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafının vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran görüş zamanı türk dünyası ölkələrinin Mühəndislik, Memarlıq və Şəhərçilik sahəsində əlaqələrinin inkişaf etdirilməsi, memarlıq əsərlərinin, abidələrinin, ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edilib. Universitetin laboratoriyaları, müxtəlif mərkəzlərilə yaxından tanış olan qonaqlar xoş təəssüratla ayrılıblar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov