Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi ADU-da olub

 

Yanvarın 14-də  Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi Muhamməd Elballa Osmanı qəbul etdi.

Qonağı  salamlayan rektor, professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-da qərb və şərq dillərinin  geniş tədris olunduğunu bildirdi. ADU-da regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində  ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu nəzərə çatdırdı.

Səmimi qəbula görə təşəkkür edən Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi - müstəşar elçi Muhamməd Elballa Osman ADU-da ərəb dilinin tədrisindən razı qaldığını qeyd etdi.

Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.  

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov