Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

NDU-nun tələbələri festivalda ikinci yerə layiq görüldü

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün fərdi şəxs Humay Fərəcova tərəfindən "Gənc Azərbaycan" qısametrajlı film festivalı keçirildi. Layihə ölkəmizi təqdim etməyi bacarmaq, onun hər hansısa gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və ya yenidən müstəqillik əldə etdikdən sonra-ulu öndər Heydər Əliyev və onun siyası kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının qısa zamanda necə inkişaf etdiyini göstərmək məqsədilə gerçəkləşdirildi. Eləcə də gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar üçün şərait yaratmaq, stimul qazandırmaq məqsədi daşıdı. Festivalda minimum 5, maksimum 10 dəqiqəlik zaman çərçivəsində filmlər təqdim olundu. 50 film içindən seçilmiş, ekspertlər tərəfindən qiymətləndirilmiş ən orijinal 10 film Nizami adına kinoteatrda nümayiş olundu.

Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisasının III kurs tələbələri, universitet YAP gənclər birliyinin sədr müavini Aytən İsmayılovanın ideya müəllifliyi, Arzu Qasımovun ssenarisi əsasında çəkilən "Sehrli diyarın nağılı" adlı qısametrajlı film festivalda II yerə layiq görüldü. Filmin rejissoru Əzim Cəfərli, operatoru Ramin Salahzadədir. Filmdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının qədimliyindən, tarixi abidələrindən və əsrarəngiz təbiətindən, müstəqillik illərində regionun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, gənclərdəki vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhundan bəhs olunur. Festivalın sonunda iştirakçılara hədiyyələr, diplom, sertifikatlar verildi.   

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov