Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edib

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdə olub.

Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunub. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov