Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Təhsil müəssisələrində 20 Yanvar şəhidləri anıldı

 

 AMİ-nin Qazax filialında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirildi. Əvvəlcə tədbir iştirakçıları filialın kitabxanasında düzənlənmiş "20 Yanvar şəhidləri unudulmur" adlı fotosərgiyə tamaşa etdilər. Sonra foyedə 20 Yanvar şəhidlərinə həsr edilmiş məqalə, oçerk, roman və şeirlər çap olunmuş kitab və jurnallara baxış oldu. Daha sonra filialın akt zalında anım tədbiri başladı. Tədbiri direktor, dosent A.Qasımova açdı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla qeyd edildi. Sonra ictimai və təbiət fənləri kafedrasının baş müəllimi M.Süleymanov 20 Yanvarla bağlı bəzi tarixi faktları iştirakçıların diqqətinə çatdırdı. Tələbələrdən  Pərviz Bayramov, Gülçiçək Hüseynova, Nicat Məmmədli, Sənəm Namazova çıxış etdilər. Sonda iştirakçılara 20 Yanvarla bağlı slayd təqdim edildi.

***

Astara Pedaqoji Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünün qeyd edilməsi məqsədi ilə silsilə tədbir keçirilib.

Anım tədbirini kollecin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev açıb. Bir dəqiqəlik sükutla faciə qurbanları yad edilib. Kollecin tarix müəllimləri Vüsal Babayev və Elçin Mahmudov "20 Yanvar Azərbaycan xalqının qan yaddaşıdır" və "Qanlı tarix - şanlı tarix" mövzularında məruzə ediblər. Müəllimlərdən Xalid Məmmədov, Günay Hüseynova, Aygün Abbasova, Aynur Əsgərzadə, tələbələrdən Kürsümxanım Məmmədli, Elnarə Hacızadə, Ofeliya Məmmədsalahova, İlahə Kazımlı, Şəmsiyyə Yusifəlizadə, Elməddin Ələkbərov, Gülnar Mirzəyeva, Kürsüm Tağızadə çıxış edərək yanvar şəhidlərinin daim yaddaşlarda yaşayacağını, bu faciənin heç vaxt unudulmayacağını  və qisasın yerdə qalmayacağını vurğulayıblar.  

***

Bakıdakı 61 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə  açan məktəbin direktoru Zenfira Şıxəliyeva  həmin müdhiş gecədə baş verən hadisələrdən  ətraflı danışıb və  20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Qeyd edilib ki, o zaman ümummilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək M.Qorbaçov və onun komandasının atdığı bu cinayətkar addımı kəskin tənqid edib.

Tədbirdə  Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakıdakı 220 nömrəli tam orta  məktəbin direktoru  Almaz Əsgərova  və başqaları da Azərbaycan xalqının başına gətirilən  bu fəlakətdən danışıblar.

Sonra  məktəblilər ədəbi-bədii kompozisiya  nümayiş etdiriblər.

***

Bakıdakı Yusif Mirzəyev adına 44 nömrəli məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl məktəbdə fəaliyyət göstərən 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Dram" dərnəyinin rəhbəri Vəfa Həşimova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova uşaqlarla Şəhidlər xiyabanını ziyarət ediblər. Şagirdlər şəhidlərin uyuduğu məzarların üstünə qərənfillər qoyublar və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Məktəbin akt zalında keçirilən tədbirdə aparıcılar VIII"a" sinif şagirdi Fatimə Cəfərli və X"a" sinif şagirdi Ceyhun Mustafayev 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdilər. Məktəbin şagirdləri və "Dram" dərnəyinin üzvləri şəhidlər haqqında hazırladıqları kompozisiyalarla çıxış etdilər. "20 Yanvar cəmiyyəti"nin sədri Soltan Əzimzadə o qanlı gecə haqqında danışdı. Tədbirin sonunda məktəbin direktoru Samirə Əkbərova 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi.

***

Məktəblərin Vətənə məhəbbət, hərbi vətənpərvərlik, doğma torpağa bağlılıq ruhunda tərbiyəsi, xüsusilə qan yaddaşımızın unudulmaması üçün 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şamaxı rayonunun ümumtəhsil məktəblərində də silsilə tədbirlər həyata keçirilmişdir. İctimaiyyətin nümayəndələri, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirlərdə çıxış edən rayon təhsil işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında geniş danışılmış, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Məktəblərdə vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilmiş, inşa yazı, rəsm müsabiqələri və idman tədbirləri təşkil olunmuşdur.

***

Bakıdakı N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin tarix müəllimi Nargilə Əhmədovanın VI "a" sinif şagirdləri ilə keçirdiyi "20 Yanvar - qan yaddaşımız" adlı ədəbi-bədii tədbir də 20 Yanvar hadisəsinə həsr olunmuşdu.

Öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anılmışdır. Sonra məktəbin direktoru Əlislam Abasquliyev çıxış edərək həmin gün paytaxtımızda, şəhərətrafı ərazilərdə törədilən vəhşiliklərdən danışmış, 20 Yanvar hadisələrinə ilk dəfə məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyə qayıtdıqdan sonra siyasi və hüquqi qiymət verdiyini qeyd etmişdir. Şagirdlər 20 Yanvar faciəsindən bəhs edən şeirlər söyləmiş, şəhidlərə həsr olunmuş mahnılar  oxumuşlar. 20 Yanvar şəhidlərindən Larisa Məmmədovaya həsr olunmuş səhnəciklər şagirdlərin törədilən qırğına nə qədər həssaslıqla yanaşdıqlarından, tariximizin yaxın keçmişində baş verən hadisələrə dərindən qiymət verməyə çalışdıqlarından xəbər verirdi. 

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov