Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

 

Böyütmək üçün şəkili seçinYanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Tədbir başlanmazdan əvvəl Məhəmməd Əmin Rəsulzadə haqqında sənədli film nümayiş etdirilib.

Elmi-praktik konfransı akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını xatırladıb, ölkə başçısının xalqımızın tarixi şəxsiyyətlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərdiyini bildirib. Rektor Azərbaycanın görkəmli dövlət və ictimai xadimlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar. Natiq daha sonra cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək müsəlman Şərqində ilk demokratik parlament formalaşmış, insanların demokratik hüquq və azadlıqları bərqərar olmuş həmin tarixi dövrdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsi ilə bağlı tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Elmi-praktik konfransda DİA-nın professoru Etibar Nəcəfov "Azərbaycanın ictimai-siyasi fikrində Məhəmməd Əmin Rəsulzadənin yeri", professor Musa Quliyev "Azərbaycan istiqlal hərəkatı və Məhəmməd Əmin Rəsulzadə", dosent Rahib Əkbərov "Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu", dosent Rəna Bayramova "Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti" mövzularında məruzələrlə çıxış ediblər.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov