Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Türkoloq alimlər Ədəbiyyat İnstitutunda

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş keçirildi.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən danışaraq ölkə rəhbəri tərəfindən elmə göstərilən qayğını xüsusi vurğuladı. Akademik İsa Həbibbəyli qeyd etdi ki, son illər Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmuş, bu irəliləyiş elm sahəsində də nəzərəçarpacaq dirçəlişə gətirib çıxarmışdır. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin göstəricisidir ki, Azərbaycan elmi dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq münasibətlər nəticəsində elm inkişaf edir. Akademiya rəhbərliyinin də prioritet vəzifələr sırasında beynəlxalq elmi əlaqələrə böyük önəm verdiyini nəzərə çatdıran akademik rəhbərlik etdiyi qurumda uzun illər yaranmış boşluğun aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirdi.

Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi istiqamətləri barədə də qonaqlara məlumat verdi. Qarşılıqlı maraq doğuran fəaliyyət istiqamətlərindən danışan natiq bu əlaqələrin ədəbiyyat elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini qeyd etdi.

Macarıstan EA Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz son illər Azərbaycanda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, Bakı şəhərinin simasının günü-gündən dəyişdiyini xoş niyyətlə bildirdi, azərbaycanlıların qonaqpərvərliyini xüsusi minnətdarlıqla vurğuladılar. Görkəmli alimlər Türkiyə, eləcə də Macarıstanla elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq yeni istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacib olduğunu diqqətə çatdırdılar.

Görüşün sonunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalandı. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və professor Ramazan Qorxmaz imzaladılar.  

Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov