Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri genişlənir

 

Böyütmək üçün şəkili seçinBakı Slavyan Universiteti hər zaman Azərbaycanda təhsilin inkişafına  öz töhfəsini verməkdədir.  Bu təhsil ocağının bir sıra xarici ölkə universitetləri ilə sıx əlaqələri var. Bu günlərdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərindəki Kadir Has Universitetinin qonağı olub. Universitetlə tanışlıqdan sonra dəvətə görə təşəkkür edən professor Kamal Abdullayev türkiyəli həmkarını Bakı Slavyan Universitetinə dəvət edib. Kadir Has Universitetinin rektoru, prof.dr. Mustafa Aydın da öz növbəsində tanışlıqdan məmnunluğunu ifadə edib və universitetlər arasında qarşılıqlı əlaqələrin bütün mümkün istiqamətlərinin müzakirə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə  Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sözügedən müqaviləyə görə, universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulub. Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcəkdir, birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir.

Sonda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev səmimi qəbul üçün Kadir Has Universitetinin rektoru, professor dr. Mustafa Aydına təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadr hazırlığına görə Türkiyədə  xüsusi nüfuza malik universitetlərdəndir. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov