Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Rayon komandaları arasında idman yarışlarına yekun vurulub

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət rayon komandaları arasında mini-futbol, voleybol, basketbol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib.

Belə ki, respublikanın əksər rayon və şəhərlərini təmsil edən komandalar "Vətən" Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində mini-futbol, Bakıdakı 88 nömrəli orta məktəbdə voleybol, 164 nömrəli orta məktəbdə basketbol, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbində şahmat və dama, "Təhsil" Respublika İdman Mərkəzində stolüstü tennis üzrə güclərini sınayıblar.

Mini-futbol üzrə yarışlarda paytaxtın Xətai rayonunun komandası I, Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq gorülüb.

Qızlar arasında basketbol yarışlarında Xətai rayonunun komandası I, Səbail rayonunun komandası II, Nəsimi rayonunun komandası III yeri tutub. Basketbol üzrə oğlanlar arasındakı qarşılaşmada Nəsimi rayonunun komandası I, Qaradağ rayonunun komandası II, Xətai rayonunun komandası III yerə layiq görülüb.

Məktəblilərin voleybol yarışları daha gərgin mübarizə şəraitində keçib. Belə ki, qızlar arasında Xətai rayonunun komandası I, Şəki şəhərinin komandası II, Qax rayonunun komandası isə III yerə layiq oyun nümayiş etdirib. Oğlanlar arasındakı voleybol oyunlarında Salyan rayonunun komandası I, Şəki şəhərinin komandası II, Kürdəmir rayonunun komandası III yeri tutub.

Şahmat üzrə məktəblilərin qarşılaşmasında Mingəçevir şəhərinin komandası I, paytaxtın Nizami rayonunun komandası II, Quba rayonunun komandası isə III yerə layiq görülüb.

Dama yarışlarında Suraxanı rayonunun komandası I, Xətai rayonunun komandası II, Oğuz rayonunun komandası isə III yeri tutub.

Stolüstü tennis üzrə qarşılaşmalarda Şabran rayonunun komandası I, paytaxtın Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov