Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsinin toplandığı kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın irsinin toplandığı kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə etmişdir.

AzərTAc xəbər verir ki, professor Aida İmanquliyevanın Mərkəzi Elmi Kitabxananın fonduna təqdim olunmuş irsinə onun qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı "Məqalələr və tərcümələr" kitabı, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsi və "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransının materiallarının dərc edildiyi kitabları daxildir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov