Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

"Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir

 

 IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir.

Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin səmərəliliyini artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdən ibarətdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin hər birində kütləvi aksiya keçirilir. Keçirilən aksiyada ictimaiyyət nümayəndələrinin, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kağız tullantılarının "ASAN xidmət" mərkəzlərində toplanılması nəzərdə tutulur.

Aksiyada iştirak etmək istəyənlər "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını təhvil verə bilərlər. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.

Təhsil Nazirliyi də "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına fəal şəkildə qoşulub. Belə ki, aksiyanın ilk günündə - fevralın 13-də 16 ümumtəhsil, 6 ilk peşə-ixtisas və 16 orta ixtisas təhsili müəssisəsi tərəfindən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 2500 kiloqrama yaxın tullantı kağız təhvil verilib. Təhsil müəssisələri tərəfindən aksiyada iştirakın davam etdirilməsi nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov