Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi iki il keçir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 27 yanvar 2014-cü il tarixli 8 nömrəli sərəncamı ilə Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair  tədbirlər planı təsdiq olunmuşdur.

Planda Təhsil Nazirliyi tərəfindən icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi ikinci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

2.1. təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.

2.2. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart 2014-cü il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov