Azərbaycan Respublikası Təhsil Nazirliyinin
07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq
olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri
tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric
edilməsi və bərpa olunması, akademik məzuniyyət alması
və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin
müddəalarının Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli
qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları" ilə ziddiyyət
təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və
dərslərə davamiyyətə görə tələbələrin xaric olunması
tələbinin aradan qaldırıldığını nəzərə alaraq,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar
2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin
3.9-cu bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsilalanların köçürülməsi,
xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilsin
(əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində təhsilalanların köçürülməsi, xaric
edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər
tutsunlar.
3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) bu əmrdən
irəli gələn tədbirlərin həyata keçirilməsini təmin
etsin.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq
olunmuş "Ali və orta ixtisas təhsili məktəbləri
tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric
edilməsi və bərpa olunması, akademik məzuniyyət alması
və təkrar kursda saxlanılması haqqında Əsasnamə" ali
təhsil müəssisələrinə münasibətdə qüvvədən düşmüş hesab
edilsin.
5. Əmrin ali təhsil müəssisələrinə göndərilməsi, eləcə
də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi
İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
tapşırılsın.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2014-cü il
Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində
təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsinə dair
MÜVƏQQƏTİ QAYDALAR |