Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Bolqarıstanın Baş naziri Plamen Oreşarski Bakı Slavyan Universitetində olub

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur.

AzərTAc xəbər verir ki, universitetin rektoru, professor Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, universitetdə "Bolqar dili" və "Bolqarşünaslıq" ixtisasları üzrə mütəxəssislər hazırlanır və 2007-ci ildən bəri beynəlxalq münasibətlər fakültəsində ikinci ixtisası bolqar dili olan 14 tələbə məzun olmuşdur.

Professor K.Abdulla Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili və Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetində olmağından məmnunluğunu ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar dilinin tədrisi ilə fəxr etdiyini vurğulamışdır.

Görüşdə həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda təcrübə keçməsi barədə fikir mübadiləsi aparılmışdır.

Sonda BSU-nun rektoru K.Abdulla Bolqarıstan rəsmisinə xatirə hədiyyəsi təqdim etmişdir.

Daha sonra Bolqarıstanın Baş naziri universitetdə fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olmuşdur.

Qonağa ətraflı məlumat verən universitetin dosenti Solmaz Süleymanova bildirmişdir ki, mərkəz 2004-cü il oktyabrın 7-də yaradılmışdır. Mərkəzdə, həmçinin Bolqarıstandan BSU-ya gələn qonaqlar barədə elektron təqdimat nümayiş olunmuş, tələbələr bolqar dilində mahnı oxumuşlar.

Baş nazir Plamen Oreşarski mərkəzə bolqar dilində bədii ədəbiyyat hədiyyə etmişdir. Burada yaradılmış şəraiti yüksək qiymətləndirən Baş nazir xatirə kitabına ürək sözlərini yazmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov