Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Biləsuvarda daha bir məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

 

Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir  ki,  Ağalıkənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu məktəb ötən əsrin 70-ci illərində inşa edilib. Tikildiyi vaxtdan indiyədək təmir edilməyən 1176 şagird yerlik məktəbin əsaslı təmirinə ötən il başlanıbdır.  Ümumilikdə 56 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana, kompüter otaqları, akt və idman zalları, digər yardımçı tikililərdən ibarət  məktəb kompleksinin həyətində  abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Məktəbin açılış mərasimində çıxış edənlər 6 minə yaxın əhalisi olan kənd sakinlərini və pedaqoji kollektivi əlamətdar hadisə münasibətilə təbrik ediblər.  Dövlət siyasətinin real nəticələrindən danışan natiqlər son illərdə rayonda 9 yeni məktəb binasının tikilməsini, 4 məktəbin əsaslı təmir edilməsini, iki yeni uşaq bağçasının inşasını bunun bariz nümunəsi kimi dəyərləndiriblər.

Qeyd edilib ki, dövlətimizin başçısının təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulması ilə bağlı verdiyi tapşırığa əsasən, hazırda 640 yerlik Xırmandalı kənd 2 nömrəli, 480 yerlik Aşağı Cürəli və Əmənkənd məktəbləri üçün yeni binaların tikintisi davam etdirilir. Qarşıdakı illərdə rayonda 16 məktəb binasının tikiləcəyi və əsaslı təmir ediləcəyi nəzərdə tutulub. Kənd sakinləri  göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda mərasim iştirakçıları yeni avadanlıqla təchiz edilmiş  məktəbdə yaradılmış şəraitlə tanış olublar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov