Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

"Coca-Cola" Məktəbli kuboku"nun rayon mərhələsi keçirilib

 

"Coca-Cola" şirkətinin sponsorluğu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın rəhbərliyi ilə ümumtəhsil məktəblərinin  7-ci sinif şagirdləri arasında futbol üzrə respublika birinciliyinin rayon mərhələsi  keçirilib.

"Coca-Cola"  Məktəbli kuboku" adı altında yarışların keçirilməsində məqsəd uşaqlar arasında futbolun təbliği və kütləviliyi, uşaq futbolçuların ustalığının yüksəldilməsi, uşaqların idmana marağının artırılması və pis vərdişlərdən uzaqlaşdırılmasından ibarətdir.

İsmayıllı rayonundakı ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında təşkil edilən "Coca-Cola"  Məktəbli kuboku"nun ilkin mərhələsi üzrə məktəbdaxili oyunlar ötən ilin oktyabr ayında keçirilmiş, 17 komandanın sifariş sənədləri rayon birinciliyinin keçirilməsi üçün AFFA-ya təqdim olunmuşdur. Rayon birinciliyinin keçirilməsinə 2014-cü ilin yanvarından  başlanılıb.

Rayon birinciliyinin final yarışlarına fevralın 13-də İdman Kompleksində start verilib. Hacıhətəmli kənd tam orta məktəbinin komandası ümumi nəticəyə görə rayon birinciliyinin qalibi elan olunub. Qalib komanda AFFA-nın və "Coca-Cola"nın qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Hacıhətəmli kənd tam orta məktəbinin komandası aprel ayında keçiriləcək zona yarışlarına vəsiqə qazanıb. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov