Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasında elmin inkişafı və təşkili
sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi
kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif
Ağa Mehdi oğlu Əli Zadə "İstiqlal" ordeni ilə təltif
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2014-cü il |