Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Ermənilər də Xocalı soyqırımını təsdiq edirlər

 

Azərbaycanın dilbər guşəsi olan Qarabağa sahib olmaq istəyən Ermənistanın xalqımıza qarşı törətdiyi ən amansız vəhşiliklərdən biri də Xocalı soyqırımıdır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində neçə-neçə digər rayonları itirsək də, Xocalıda tam başqa müsibət oldu. Həm daha bir yaşayış məntəqəmiz işğal edildi, həm də bütün Xocalı sakinlərı ağlagəlməz qəddarlıqla məhv edildi.

Bu il Xocalı soyqırımından 22 il keçir. Ermənilər insanlıqdan uzaq bu soyqırıma görə hələlik nə layiqli cəza alıb, nə də dünya ictimaiyyəti tərəfindən ciddi təyziqlə qarşılaşıb.

Bu qətliam bizim qan yaddaşımızdır. Xocalı deyəndə,  106-sı qadın, 63 azyaşlı uşaq olmaqla 613 nəfər şəhid, 487 nəfər şikəst,  1275 nəfər (qocalar, uşaqlar, qadınlar) əsir olanlar, taleyi naməlum 150 nəfər, bütövlükdə, məhv edilən 8 ailə göz önünə gəlir... Onların hər biri Vətəni canından artıq sevən həqiqi qəhrəmanlardır. Xocalılar doğma yurdlarından çıxmaqdansa,qorxmadan silahlı düşmənlə üzləşməyi və şəhidlik zirvəsinə ucalmağı üstün tutdular.

 Xocalı soyqırımını daha aydın təsəvvür etmək və dünyada tanıtmaq üçün çoxsaylı digər faktlarla yanaşı, erməni yazıçılarının qeydlərinə də nəzər salaq. Bir sıra mənbələrdə də qeyd olunduğu kimi, erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri öz kitabında belə təsvir edir:"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən keçmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım... Və mən beləcə 1200 meyidin üstündən keçdim". Təkcə bu fakt kifayətdir ki, erməni vəhşiliyinin əsl mahiyyəti dünyaya çatdırılsın...

 Ermənilər Xocalıda və digər yaşayış məntəqələrində törətdikləri çoxsaylı qətliamlarla xalqımızın mübarizə əzmini qıra bilmədilər.

Biz məktəblilər də xalqımıza qarşı törədilmiş bütün vəhşilikləri, eləcə də Xocalı soyqırımını, şəhidlərimizin xatirəsini hüznlə yad edirik. Yalnız yaxşı oxumaqla, tariximizi ətraflı öyrənməklə və ən əsası, gələcəkdə müxtəlif sahələr üzrə yaxşı mütəxəssis olmaqla Vətənimizə fayda verə, şəhidlərimizin amallarını gerçəkləşdirə bilərik.

26 fevral Xocalı soyqırımı günündə sinif müəllimimiz Mehparə Həbibli xalqımızın başına gətirilmiş müsibətlər haqqında bir daha bizə ətraflı məlumat verdi. Biz şagirdlər də bu mövzuda fikrimizi bildirdik və qəhrəmanlarımızın əməllərindən böyük ehtiramla söz açdıq.

Bütün dünya, həmçinin ermənilər bilsin ki, Azərbaycan öz tarixi torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq! Azərbaycan xalqının əzmi, dövlətimizin gücü və qüdrəti bunu deməyə əsas verir...
 

Cabir MƏMMƏDOV,
Mirsəid CABBAROV (rəsm),
Bakı şəhərindəki 20 nömrəli
məktəb-liseyin IV "v" sinif şagirdləri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov