Fevralın 21-də Azərbaycan Dillər Universitetində
universitetin İctimaiyyətlə əlaqə və mətbuat xidməti
şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir
keçirilib. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış
jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət
orqanlarının analoji strukturlarının rəhbərləri iştirak
ediblər.
Tədbir ADU-nun Mətbuat xidmətinin 5 illik fəaliyyətindən
bəhs edən videoslaydın nümayişi ilə başlayıb. ADU-nun
rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidov giriş sözü söyləyib. İctimaiyyətlə əlaqə və
mətbuat xidməti şöbəsinin müdiri Zeynəb Kazımova isə
çıxışında yeni çapdan çıxmış "Azərbaycan Dillər
Universiteti 2008-2013 (KİV materialları əsasında)"
adlı kitab haqqında danışıb. Tədbirdə Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, Təhsil
Nazirliyinin nümayəndəsi Sevinc Səfərovanın, "İki sahil"
qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin təbrikləri
səslənib.
Sonda ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV-lər
mükafatlandırılıb ki, onların arasında "Azərbaycan
müəllimi" qəzeti də olub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |