Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Problemləri İnstitutu "Smart Technologies" şirkəti ilə birgə müsabiqə
 elan edir

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və "DYMO/Mimio" (ABŞ) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" şirkəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfrans çərçivəsində "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsi elan edir.

Dərs prosesində tədrisin interaktiv formalarından geniş istifadəsi müasir təhsilin əsas tələblərindən biridir. Əsas metodiki innovasiyalar məhz bu cür metodların tətbiqi ilə bağlıdır.

Tədris müəssisələrində istifadə olunan interaktiv avadanlığın və proqram təminatının imkanları interaktiv tədris metodlarının inkişafı üçün son dərəcə əhəmiyyətlidir. İnteraktiv texnologiyalardan səmərəli istifadə keyfiyyət baxımından yeni tədris metodlarının reallaşdırılmasını zəruri edən təhsil mühitinin formalaşmasına kömək edir.

Öz peşəkar fəaliyyətində interaktiv texnologiyalardan istifadə edən müəllimlərin, tərbiyəçilərin, mütəxəssislərin sayı gündən-günə artır. Tədris prosesində interaktiv qurğu və lövhələrlə bərabər, digər avadanlıqlardan da - interaktiv sənəd kameralarından, interaktiv planşetlərdən, interaktiv qiymətləndirmə sistemlərindən istifadə olunur, xüsusi proqram təminatı mənimsənilir və rəqəmsal interaktiv tədris materialları yaradılır.

"Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsinin keçirilməsində məqsəd əldə edilmiş təcrübənin paylaşılması, bunun əsasında aktual məsələlərin analizi, yaradıcı və metodiki yeniliklərin nümayişi, interaktiv lövhə vasitəsi ilə yeni təlim metod və formaların tətbiqi, eyni zamanda tədris prosesində yeni interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı və bu sahədə pedaqoji kadrların peşəkarlıqlarının artırılması, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqidir.

Müsabiqədə məktəbəqədər, orta, ilk peşə-ixtisas, ali, əlavə və inklüziv təhsil  üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilər. Layihələr bütün fənlər üzrə qəbul olunur.

Müsabiqədə iştirak üçün iş bir müəllif və ya müəlliflər qrupu tərəfindən təqdim oluna bilər.

Müsabiqəyə bir müəllif və ya müəlliflər qrupu tərəfindən ancaq BİR layihə təqdim oluna bilər.

Müəlliflər qrupunun tərkibi ÜÇ NƏFƏRDƏN artıq ola bilməz. 

Müsabiqədə iştirak etmək üçün müraciət və müsabiqə materialları (rəqəmsal interaktiv dərs layihəsi və interaktiv dərs qurulmasının planı) 5 aprel 2014-cü il tarixindən gec olmayaraq Təşkilat Komitəsinə (Azərbaycan, Bakı şəhəri, Xətai prospekti, 38, AZ1008) çatdırılmalıdır.  

İnformasiya dəstəyi: "525-ci qəzet", "Azərbaycan müəllimi", "Təhsil problemləri" qəzetləri, www.1news.az, www.apa.az informasiya agentlikləri, www.tpi.edu.az,  www.kurikulum.az, www.edu.mimio.az,  www.mimio.az  saytları.  

Əlaqə telefonları:

(012) 404-12-65; (055) 217-09-99; (070) 217-09-99 - Şəfa Nəzərli.

(012) 490-27-21 - Gülnar Əhmədbəyli.

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov