Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Nazirliyinin  07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəblilərin  fənn olimpiadaları haqqında Qaydalar"ı rəhbər tutaraq, məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə 

ƏMR EDİRƏM: 

1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 16-17 mart 2014-cü il tarixdə Bakı şəhərində keçirilsin.

2. Olimpiadaların yekun turunun iştirakçıları 16 mart 2014-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:

- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında - F.Yusifov küçəsi, 39, tel: 567-22-17

- riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel: 510-76-28

- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42.

3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən  iştirakçıların yerləşdiyi müəssisələrdə,   informatika  fənnindən  isə  BDU-da  17 mart  2014-cü  il  tarixdə keçirilsin.

4. İqtisadiyyat şöbəsi (Rauf Orucov) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 3 gün  müddətinə təsdiqə təqdim etsin.

5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 mart 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov