Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Təhsil Nazirliyində görüş

 

 Martın 6-da təhsil naziri Mikayıl Cabbarov "Microsoft Azərbaycan" şirkətinin nümayəndələri ilə görüşüb.

İlk öncə Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin nümayəndələri arasında 4-5 mart 2014-cü il tarixlərində keçirilmiş görüş, müzakirə olunan məsələlər və reallaşdırılması nəzərdə tutulan proqramların əhəmiyyəti barədə nazirə məlumat verilib. Bildirilib ki, görüşdə, "Microsoft Azərbaycan" şirkəti tərəfindən Microsoft İnnovativ Məktəb (Microsoft İnnovative School) proqramının təqdimatı keçirilib. Təqdimatda bu proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Microsoft Müəllim Sertifikatlaşma Proqramı, İT Akademiya, Microsoft Yerli Dil Proqramı, Microsoft Ofis 365 platforması və "Partners in Learning" Qlobal Forumu barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri, texnologiya kurukulumu, təhsilin dizayn kurikulumu  və müəllimlərin professional inkişafı kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin nümayəndələri arasında keçirilmiş ikigünlük görüşdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Camal Qasımov, Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu, Milli Qiymətləndirmə Layihələri üzrə məsləhətçi Nərminə Əliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, "Microsoft Azərbaycan" şirkətinin ölkə üzrə direktoru Rufət Hacıəlibəyov, "Microsoft" şirkətinin Şərqi Avropa regionu üzrə "Partners in Learning" proqramının meneceri Teo Milev, "Microsoft" şirkətinin Şərqi Avropa regionu üzrə satış mütəxəssisi Aleksandr Yaşukov, Türkiyənin SEBİT - Təhsil və İnformasiya Texnologiyaları şirkətinin nümayəndələri Kürşat Günenc və İlker Helvacı, "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, "Microsoft Azərbaycan" şirkətinin dövlət qurumları ilə iş üzrə departamentinin direktoru Eldar Cahangirov və "Microsoft" texnologiyaları üzrə məsləhətçi mütəxəssis Qaçay Mirzəyev iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov