Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Təhsil Problemləri İnstitutunda yeni təlimlər başlanıb

 

Böyütmək üçün şəkili seçin"DYMO/Mimio" (ABŞ) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" şirkəti Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun əməkdaşları üçün "MİMİO Xİ İnteraktiv lövhə ilə tədris" mövzusunda 5 günlük təlim kurslarına başlamışdır. Məqsəd bu sahədə institut əməkdaşlarının peşəkarlığını yüksəltməkdən və gələcəkdə müəllimlərin inkişaf etdirilməsi üçün əldə olunmuş bacarıqlardan yararlanmaqdır.

Təlim kursunda iştirakçılara MİMİO bələdçi qurğunun elektronlaşdırılması, quraşdırılması, proqram təminatı, panellərdəki düymələrin funksiyaları və onlardan istifadə barədə nəzəri biliklər verilmiş, praktik tapşırıqlar icra olunmuşdur.

Gələcəkdə institutda belə kursların davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov