Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Xatirə gecəsi keçirilib

 

"Ucundadır dilimin həqiqətin böyüyü"... Sabirabad rayonundakı B.Rəhimov adına Qəzli kənd tam orta məktəbində keçirilən  böyuk mütəfəkkir, həkim, jurnalist, yazıçı, rəssam, tərcüməçi, ədəbi tənqidçi Əli bəy Hüseyn oğlu Hüseynzadənin  yaradıcılığına həsr olunmuş xatirə gecəsinin leytmotivi belə idi.

Gecədə məktəblilər, müəllimlər, kənd sakinləri, Əli bəy Hüseynzadənin ata babasının vətəni olan qonşu Quruzma kəndinin nümayəndələri iştirak edirdilər. Gecəni giriş sözü ilə məktəbin direktoru Heydər Rüstəmov açdı. O, böyük Azərbaycan türkü Ə.Hüseynzadənin çoxcəhətli fəaliyyətindən, mədəniyyət tariximizdəki rolundan danışdı. Ə.Hüseynzadə ilə bağlı keçirilmiş bəzi tədbirlərdən bir neçə dəqiqəlik görüntülər ekrana gətirildi, rəsmləri nümayiş etdirildi. Sonra söz digər natiqlərə verildi. Məktəbin tarix müəllimi Sakit Şirvanov alimin həyat və fəaliyyəti haqqında ətraflı və maraqlı məruzə ilə çıxış etdi. Müəllimlərdən Vahid Muradovun, Zəka Cabbarovun ünlü türkçünün yaradıcılığının  müxtəlif istiqamətlərinə dair verdikləri məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Gecədə ən duyğulu çıxışlar şagirdlərə məxsus idi. Yuxarı sinif şagirdləri Aydan Əkpərovanın, Ləman Məmmədovanın, Simarə Rəhimovanın, Nübar Rüstəmovanın, Ofelya Muradovanın ifasında səslənən  "Turan", "Hali-vətən", "Bu da yahu keçər" şeirləri, "Türklər kimdir və kimlərdən ibarətdir", "Azərbaycanda düşündüklərim" və s. məqalələrdən parçalar dinləməyə dəyərdi. Onlar bir azərbaycanlı mütəfəkkirin, soy-kökü ilə bu torpağa bağlı olan məşhur eloğlularının yaratdıqlarını kiçik qəlblərinin böyük hərarəti ilə öyrənmiş və çatdırmağa çalışmışlar.

Tədbirin sonunda qonaqlara söz verildi. Quruzma kənd tam orta məktəbinin direktoru  Famil Quliyev çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi, bu tədbirin əhəmiyyətindən danışdı, Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərin türk dünyası üçün qürur mənbəyi olduğunu söylədi.

Firəngiz  İSKƏNDƏRQIZI,
Sabirabad rayonu B.Rəhimov adına Qəzli kənd
 tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov