Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının  20 İlliyi qeyd olunub

 

Ölkəmizdə nümunəvi  ümumtəhsil müəssisələrindən biri olan Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının  (FAT) tətbiqinin  20 illiyi  münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley mərasimi keçirildi.  Mərasimin bədii hissəsində liseyin şagirdləri çıxış etdilər. Tədbir qeyri-adi rəqs nömrələri ilə başlandı. Sonra Bakı Avropa Liseyinin direktoru, psixologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Zülfiyyə Veysovanın lisey haqqında videoçarxı nümayiş olundu.

Aparıcılar qonaqlara liseyin yaranma tarixi və inkişaf yolu və FAT haqqında  danışdılar. Əvvəlcə  məktəbin ibtidai sinif şagirdləri çıxış etdilər. Konsert proqramı çox zəngin və orijinal çıxışlarla yadda qaldı. İbtidai sinif şagirdlərini yuxarı siniflərdə təhsil alan məktəblilər əvəz etdilər. Söylənilən şeirlərdə, oxunan mahnılarında  Azərbaycana, xalqımıza, ana dilimizə  və  doğma təhsil ocağına  məhəbbət tərənnüm  olunurdu.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov