Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

"Ana dilimizi sevək və sevdirək"

 

Böyütmək üçün şəkili seçinBakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə Beynəlxalq  Ana Dili  Günü münasibətilə  şeir müsabiqəsi keçirildi. Mərasim Azərbaycan Respublikasının  Dövlət himninin  səsləndirilməsi  ilə başlandı.

Tədbiri X sinif şagirdi Ədilə Ələkbərova açaraq Beynəlxalq Ana Dili Gününün keçirilməsi tarixi barədə məlumat verib.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını  hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək  hüququ  olduğunu bir daha xatırladır.

Sonra məktəbin şagirdləri korifey sənətkarlarımız B.Vahabzadə, N.Xəzri, T.Bayram, Şəhriyar və digər müasirlərimizin şeirlərini məharətlə söylədilər.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhilə Hüseynova, Həmkarlar İttifaqı təşkilatının rəhbəri Amaliya Ələkbərova, ədəbiyyat müəllimləri Rəna Süleymanova, Natavan Nəcəfova, UBR-nin rəhbəri İlahə Məlikova  və başqaları istedadlı şagirdlərin üzə çıxarılması, onların intellektual səviyyəsinin yüksəldilməsində belə tədbirlərin əhəmiyyətindən danışdılar.

IV  sinif şagirdi Samirə Məmmədova, V sinif şagirdi Əlizaman Əzimlinin söylədikləri şeirlər daha çox yaddaqalan oldu. Sonda qaliblər elan olundu.

Bu gün dilimizin dövlət  statuslu dillər arasında olmasına görə,  dilimizin mənəvi dirilik  atributuna  çevrilməsi yolunda  böyük fədakarlıqlar göstərmiş, "Dilimiz  çox  zəngin və  ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox  sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən  ümummilli  lider  Heydər Əliyevə  minnətdar olmalıyıq.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hamımızın borcudur!

Samirə DADAŞOVA,
Bakıdakı 108 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov