Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

İtaliyanın Piza şəhərində "Azərbaycan gecəsi"

 

İtaliyanın Piza şəhərində "Azərbaycan gecəsi" təşkil olunmuşdur. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Piza Universitetində təhsil alan tələbələrin təşəbbüsü ilə təşkil olunan tədbirə 120-dən çox iştirakçı qatılmışdır.

Tədbirdə çıxış edən azərbaycanlı tələbələr Səbinə Əsədova və Azərxan Əsədli Azərbaycan musiqisi, mədəniyyəti və tarixi haqqında danışmışlar. Vurğulamışlar ki, zəngin mədəni irsə malik Azərbaycan adət-ənənələri, özünəməxsus gözəlliyi ilə seçilir.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatın verildiyi tədbirdə diqqətə çatdırılmışdır ki, ölkəmizin ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilmiş, nəticədə bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

Azərbaycan milli mətbəxinin ləziz təamlarını, şirniyyatlarını dadan tədbir iştirakçılarına ölkəmiz haqqında italyan dilinə tərcümə olunmuş kitablar və jurnallar, eyni zamanda "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ilə bağlı qolbaqlar və broşürlər paylanmışdır.

 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov