Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Tələbələr arasında şahmat üzrə respublika çempionatına yekun vurulub

 

 Martın 3-də Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri (oğlanlar və qızlar) arasında şahmat üzrə Respublika çempionatı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat-Dama Klubunda təşkil edilmiş çempionatda 17 ali məktəbin komandası iştirak edib.

Yarışlarda Bakı Dövlət Universitetinin komandası I, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası II, Avrasiya və Qafqaz universitetlərinin komandaları isə III yerə layiq görülüb.

Çempionatın qalibləri müvafiq diplom və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov