Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Seminarda tələbələrə gender bərabərliyi sahəsində əsas anlayışlar haqqında məlumat verilib

 

Azərbaycan Universitetində "Gender bərabərliyi və qadın hüquqları" mövzusunda maarifləndirmə seminarı keçirilmişdir.

Universitetdən AzərTAc-a bildirmişlər ki, sosial iş proqramı koordinatorluğunun təşkilatçılığı ilə keçirilmiş seminarda sosial iş və jurnalistika ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişlər.

Hüquqşünas Günel Səfərovanın apardığı seminarın iştirakçılarına gender bərabərliyi sahəsində əsas anlayışlar, Azərbaycanın gender siyasəti və beynəlxalq öhdəlikləri, ratifikasiya olunmuş beynəlxalq sənədlər, ölkəmizdə genderi tənzimləyən qanunlar haqqında məlumat verilmişdir.

Maarifləndirmə seminarının digər müzakirə mövzuları məişət zorakılığı, gender stereotipləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, seçkili orqanlarda qadınların fəaliyyətinin genişləndirilməsi olmuşdur.

Seminarda müzakirə olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov