Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

"Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları"na bir sıra dəyişikliklər edilib

 

 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə bağlı aparılan islahatların davamı olaraq, Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları"na bir sıra dəyişikliklər edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 mart tarixli, 78 nömrəli qərarına əsasən, edilən dəyişiklik nəticəsində tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr aşağıdakı kimi həyata keçiriləcəkdir:

-  Bakalavriat səviyyəsi üzrə

Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- magistratura səviyyəsi üzrə

Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay;

-  aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay.

Müqayisə üçün bildiririk ki, əvvəlki illərdə Dövlət Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay üzrə təqaüd ödənilmirdi.

Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə günlərin sayına vurmaqla müəyyən ediləcəkdir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov